Ağdərənin Heyvalı kəndində mövcud olan 126 fərdi evdən 45-i bərpa edilib
14.01.2026 [14:51]
Xəbərin mətni
Ağdərə rayonunun Heyvalı kəndinə bərpa-quruculuq işləri davam etdirilir, keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur. Belə ki, kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edildikdən sonra mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.