Çapar kəndində yeni həyat: Evlər və infrastruktur bərpa olunur
14.01.2026 [14:52]
Xəbərin mətni
Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşən Çapar kəndi Ağdərə rayonunda keçmiş məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrindəndir. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində azadlığına qovuşan kənddə evlərin bərpası ilə yanaşı, infrastruktur layihələri də həyata keçirilir.