“Suqovuşan” su anbarı: 96 min hektar sahənin su təminatı yaxşılaşıb
15.01.2026 [12:31]
Xəbərin mətni
Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı fonunda Azərbaycan dövləti su ehtiyatlarının idarə olunmasını milli təhlükəsizliyin prioriteti elan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə su itkilərinin qarşısının alınması və alternativ su mənbələrindən istifadə üzrə mühüm strateji proqramlar icra olunur. Xüsusilə işğaldan azad edilmiş ərazilərin zəngin su potensialının ölkənin ümumi su sisteminə inteqrasiyası iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət daşıyır.