Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən il 76 mindən çox aztəminatlı ailəyə 420 milyon manat məbləğində ünvanlı sosial yardım ödənişi həyata keçirilib

15.01.2026 [14:18]

Xəbərin mətni

2025-ci ildə 76 mindən çox aztəminatlı ailəyə 420 milyon manat məbləğində ünvanlı sosial yardım ödənişi həyata keçirilib. Bu məbləğ 2024-cü ilin göstəricisi ilə müqayisədə 22 milyon manat çox olub. Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.