DSMF ötən il 10 milyard manata yaxın sosial ödənişlər həyata keçirib
15.01.2026 [14:20]
Xəbərin mətni
Ötən il Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1 milyon 700 min vətəndaşa aylıq əsasla təxminən orta hesabla 803 milyon manat məbləğində sosial ödənişlər həyata keçirilib. Həmin ödənişlərin əksər hissəsi fondun əsas fəaliyyət sahəsi olan əmək pensiyalarının ödənilməsinə sərf edilib. Bu, təxminən aylıq 593-600 milyon manat arasında dəyişən vəsaitdir. Sosial ödənişlərin 74 faizi əmək pensiyalarını əhatə edib. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.