Bu il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 96, 6 faizi əhaliyə ödənişlərə sərf olunacaq
15.01.2026 [14:50]
Xəbərin mətni
Bu il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ümumi xərclərinin 8 milyard 483 milyon manat, büdcə gəlirlərinin isə 8 milyard 323 milyon manat olacağı nəzərdə tutulub. Bunu DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev fondun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.