Əhməd İsmayılov: Media subyektlərində çalışan əməkdaşlar tərəfindən dilin düzgün, səlis və ədəbi normalara uyğun tətbiqi vacibdir
15.01.2026 [15:15]
Xəbərin mətni
Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətin diqqət mərkəzindədir. Dövlət başçısının AMEA-nın 80 illik yubileyində jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi qeyd etməsi, həmçinin bir müddət öncəki müsahibəsində bir daha bu vacib məqama toxunması medianın qarşısında daha böyük öhdəliklər qoyur. Bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzulu elmi-praktik konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.