Mirşahin Ağayev: Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı çıxışları və mövqeyi bizim üçün əsas yol xəritəsi olmalıdır
15.01.2026 [16:38]
Xəbərin mətni
Azərbaycan dilinin keçdiyi tarixi yola nəzər salmaq, onun hansı çətin mərhələlərdən keçərək bu günə gəlib çatdığını dərk etmək olduqca vacibdir. Dilin qorunması yalnız dövlətin deyil, eyni zamanda cəmiyyətin özündən asılı olan bir məsələdir. Bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzulu elmi-praktik konfransda “REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev deyib.