Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın Yasamal rayonunda binada baş verən yanğın söndürülüb

15.01.2026 [20:22]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.