“20 Yanvar şəhidi”nin qızı: 36 ildir atamın yolunu gözləyirəm
17.01.2026 [13:54]
Xəbərin mətni
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mənim körpəliyim getdi. O qanlı gecədə uşaqlığım itdi. Anamın beli büküldü, bir gecədə 20 il qocaldı, tək uşaqla qaldı. İndi mən 36 ildir ki, atamın yolunu gözləyirəm. Bunu AZƏRTAC-a müsahibəsində 20 Yanvar faciəsi zamanı itkin düşmüş, 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “20 Yanvar şəhidi” fəxri adı verilmiş Şövkət Ağayevin qızı Sevinc Rüstəmova bildirib.