Ağdamda müasir təhsil infrastrukturunun yeni siması - Xıdırlı kənd tam orta məktəbindən
19.01.2026 [20:11]
Xəbərin mətni
İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində təhsil infrastrukturunun yenilənməsi prioritet istiqamətlərdəndir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də ötən il istifadəyə verilən Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbidir.