Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstana sürgün edilən azərbaycanlı qadının məzarı tapılıb

20.01.2026 [11:10]

Xəbərin mətni

Qazaxıstanın Almatı vilayətinin İli rayonunun Kokkaynar kəndində 1937-ci ildə bu ölkəyə deportasiya olunmuş azərbaycanlılara aid məzarlıqlardan birinin yerləşdiyi məkan müəyyən edilib. Burada kütləvi repressiyalar dövründə Qazaxıstana deportasiya olunmuş Gülüstan Məşədi Əhməd qızının məzarı tapılıb. O, bu ərazilərdə dəfn edilmiş ilk azərbaycanlı qadınlardan biridir.