Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukrayna səfiri: Azərbaycanın növbəti humanitar yardımı bizim üçün çox önəmlidir

20.01.2026 [18:08]

Xəbərin mətni

İlk növbədə sizinlə həmrəyliyimizi ifadə etmək istəyirəm. Bu gün 20 Yanvardır və biz Azərbaycan xalqı ilə tam həmrəyik. Biz hər zaman sizinləyik, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və azadlığını daim dəstəkləyirik. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev bildirib.