Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın Nizami rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar

21.01.2026 [12:12]

Xəbərin mətni

Paytaxtın Nizami rayonunda 54 yaşlı şəxsə qarşı quldurluq edilib. Zərərçəkən polisə müraciət edərək bir neçə gün əvvəl iki nəfər naməlum şəxsin onu kəsici alətlə hədələyərək gödəkçəsində olan pul vəsaitini ələ keçirdiklərini bildirib.