Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsu dolaylarında qar və buzlaşma: hərəkət çətinləşib

21.01.2026 [07:00]

Xəbərin mətni

Bir neçə saatlıq fasilədən sonra Ağsu rayonunda yenidən qar yağmağa başlayıb. Yağan qar və şaxtalı hava şəraiti səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissələrində, xüsusilə gecə saatlarında yolun hərəkət hissəsində buzlaşma yaranıb.