Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əməyin təhlükəsizliyinə dair Konvensiyanın təsdiqi barədə qanun layihəsi müzakirə olunur

21.01.2026 [17:11]

Xəbərin mətni

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Konvensiya 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilib.