Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə təhsilin dirçəlişi: Mirzə Uluqbəy adına məktəbin uğurları və yeni hədəfləri

21.01.2026 [18:05]

Xəbərin mətni

İşğaldan azad edilmiş Füzuli şəhərində tədrisin təşkili üçün hərtərəfli şərait yaradılıb. Yenidən qurulan təhsil infrastrukturu doğma yurda qayıdan ailələrin övladlarının keyfiyyətli təhsil almasına, müəllimlərin isə peşəkar fəaliyyətlərini davam etdirməsinə geniş imkanlar açır. Bu baxımdan Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəb bölgədə təhsilin dirçəlişinin bariz nümunələrindən biridir.