Ukraynalı hərbi ekspert: Rusiya bu il çoxlu ehtiyat qüvvə toplayıb
22.01.2026 [11:25]
Xəbərin mətni
Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin 4 ili tamam olur. Az qala İkinci Dünya müharibəsi qədər müddəti olan Rusiya-Ukrayna müharibəsinin nə zaman başa çatacağı isə daha çox sual doğurur. Diplomatik danışıqlar intensivləşsə də, cəbhədə əksinə, döyüşlərin coğrafiyası genişlənməkdədir. Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru, hərbi ekspert Dmitri Jmailo müharibənin tezliklə başa çatacağı ehtimalının az olduğunu deyib.