Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidi Elvin Şükürlünün anım mərasimi keçirilib

22.01.2026 [16:47]

Xəbərin mətni

Yanvarın 22-də Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün anım mərasimi olub. Mərasimdə Müdafiə Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, qazilər, məktəblilər iştirak ediblər.