Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistanda təyyarə qəzasında vəzifəli şəxs də daxil olmaqla 5 nəfər ölüb

28.01.2026 [09:47]

Xəbərin mətni

Hindistanın Maharaştra ştatında çarter uçuşu həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində ştatın hökumət başçısının müavini Acit Pavar da daxil olmaqla təyyarədəki 5 nəfərin hamısı ölüb.