“Ookla” rəsmisi: Güclü internet bağlantısı Azərbaycanın iqtisadi və turizm potensialını artırır
28.01.2026 [12:54]
Xəbərin mətni
Güclü və etibarlı internet bağlantısı artıq əlavə üstünlük deyil, minimum tələbat səviyyəsində olan əsas infrastruktur elementi kimi qiymətləndirilməlidir. Güclü internet bağlantısı Azərbaycanın iqtisadi və turizm potensialını artırır. Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında “Ookla” şirkətinin baş icraçı direktoru (CEO) Stiven Bay deyib.