Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident mükafatçısı: Pilotsuz uçuş aparatları və süni intellekt sahəsində Azərbaycanı dünyada tanıtmaq istəyirəm

02.02.2026 [16:12]

Xəbərin mətni

Prezident mükafatına layiq görülmək böyük qürur və sevinc hissidir. Eyni zamanda, bu, ciddi məsuliyyətdir. Çünki bu ada layiq olmaqla yanaşı, onu ömür boyu doğrultmaq və daşımaq bizim üçün böyük borcdur. Bunu dövlətimizin başçısının yanvarın 30-da imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla Prezident mükafatına layiq görülmüş Sərxan Ağadadaşov deyib.