Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDYPİ yol hərəkəti iştirakçılarını kəskin hava şəraitində daha diqqətli olmağa və qaydalara ciddi əməl etməyə çağırıb

03.02.2026 [13:42]

Xəbərin mətni

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib.