Vatanabe Katsuya: Şəhərsalma sahəsi hazırda Azərbaycan üçün prioritet istiqamətlərdən biridir
03.02.2026 [17:56]
Xəbərin mətni
Hazırda şəhərsalma sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Bu sahədə ənənəvi yanaşmalar deyil, müasir və innovativ texnologiyaların tətbiqi xüsusi önəm daşıyır. Şəhərsalma prosesində yaşıl enerjidən istifadə olunması, eyni zamanda, informasiya və kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqi son dərəcə vacibdir. Bu fikirləri Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya deyib.