Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qoşulmama Hərəkatı gəncləri Ümumdünya Şəhərsalma Forumunda fəal iştirak etməyi planlaşdırırlar

06.02.2026 [13:28]

Xəbərin mətni

Azərbaycanda keçirilən “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi” yerli və xarici gənclər üçün bilik mübadiləsi, dialoq və gələcək karyera imkanlarının müzakirəsi baxımından mühüm platforma rolunu oynayır. Bu barədə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib.