Nazir: Qarşıdakı illərdə "Sağlam məhəllə" layihəsinin miqyasının genişləndirilməsi nəzərdə tutulur
06.02.2026 [14:41]
Xəbərin mətni
Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanın şəhər və rayonlarında “Sağlam məhəllə” layihəsinin icrasına başlanılıb. Layihənin ilk mərhələsi bu ay Naxçıvan Muxtar Respublikasında start götürüb. Hazırda layihə Naxçıvanın üç müxtəlif rayonunda – Şahbuz, Culfa və Babək rayonlarında həyata keçirilir və artıq açılış mərasimləri təşkil olunub. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov bildirib.