Babək, Culfa və Şahbuz rayonlarında "Sağlam məhəllə"lər istifadəyə verilib
06.02.2026 [14:54]
Xəbərin mətni
Gənclər və İdman Nazirliyinin “Sağlam məhəllə” layihəsi əsasında regionlarda yaradılan idman meydançaları sağlam həyat tərzinin təbliği, gənclərin və uşaqların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda, məhəllə infrastrukturunun yenilənməsinə xidmət edir. Naxçıvan Muxtar Respublikasında da “Sağlam məhəllə” layihəsinin icrası ilə bağlı işlər görülüb.