Dünya birliyinə beynəlxalq cinayətlərin cəzasız qalmayacağı ilə bağlı mesaj verildi
06.02.2026 [17:41]
Xəbərin mətni
XX əsrin 90-cı illərinin sonları və XXI əsrin ilk dövrlərində beynəlxalq münasibətlər praktikası göstərdi ki, dünyanın siyasi mənzərəsində baş verən əhəmiyyətli dəyişikliklər daha çox neqativ istiqamətə yönəlmişdi. Bir sıra dövlətlər və güc mərkəzləri öz siyasi, geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək məqsədilə hüquqa hörmətsizlik etdilər, haqqı və ədaləti tapdaladılar. Beləliklə, dünya səviyyəsində hüququn hüquqsuzluq prosesinə zəmin yaradıldı. Təbii ki, bu neqativ hadisələrdə əsas məqsəd yenə də siyasi və geosiyasi maraqları təmin etmək olub. Bu fikirləri açıqlamasında hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədov səsləndirib.