Ötən il təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə 14 mindən çox sertifikat verilib
10.02.2026 [11:53]
Xəbərin mətni
Ötən il təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2 min 696 hüquqi və fiziki şəxsə 14 min 325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib. Bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyinin rəisi Vüsal Ağayev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.