Azərbaycan və Türkiyə arasında innovasiya sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb
11.02.2026 [11:33]
Xəbərin mətni
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “Sistem Global Danışmanlık A.Ş” konsaltinq şirkəti arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. Memorandum “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” zamanı imzalanıb.