Ağdərə rayonuna daha 293 nəfər qayıdıb
23.02.2026 [16:11]
Xəbərin mətni
Bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə, ümumilikdə 293 nəfərdən ibarət 63 ailə qayıdıb. Bu mərhələdə Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə 22 nəfər (7 ailə), Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb.