Amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb
24.02.2026 [12:52]
Xəbərin mətni
Fevralın 19-na olan məlumata əsasən, amnistiya aktı ümumilikdə 18 min 355 nəfərə şamil edilib. Bu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev Binəqədi Rayon Prokurorluğunda keçirilən "Açıq qapı" günündə “Amnistiya aktı: dövlət humanizminin ifadəsi” adlı seminarda məlumat verib.