Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda ilk dəfə fermer toxumçuluq təsərrüfatları yaradılıb

25.02.2026 [11:13]

Xəbərin mətni

Naxçıvan Muxtar Respublikasında toxumçuluq təsərrüfatlarının yaradılmasına başlanılıb. Hazırda 5 fermer toxumçuluq təsərrüfatı reyestrə daxil edilib. Bu istiqamətdə işlərin aparılmasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xüsusi dəstəyi olub. Bu sözləri Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Məhəmməd Zeynalov deyib.