Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xocalı: Səhnələşən yaddaş” adlı ədəbi-bədii tədbir keçirilib

25.02.2026 [21:30]

Xəbərin mətni

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Xocalı: Səhnələşən yaddaş” adlı ədəbi-bədii anım tədbiri olub.