Xocalı soyqırımının şahidi: Evin içinə əl qumbarası atdılar
25.02.2026 [22:18]
Bu film bizim ailənin başına gələnlərdən bəhs edir. Biz iki dəfə deportasiya olunmuş bir ailəyik. “Xocalı: Əsir uşaqlıq” filmində göstərilən hadisələr birbaşa bizim yaşadıqlarımızdır. Biz 1988-ci ilə qədər Qərbi Azərbaycanın Göyçə mahalında yaşayırdıq. Səkkiz nəfərlik ailə idik. 1988-ci ildə məlum hadisələrə görə bizi oradan deportasiya etdilər. O vaxt 1973-cü il təvəllüdlü qardaşım çayda boğuldu, dünyasını dəyişdi. Çox ağır günlər idi. Qalan 7 nəfərlə birlikdə gəlib, Xocalı şəhərinə sığındıq. Xocalıda 4 il yaşadıq. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xocalı sakini, “Xocalı: Əsir uşaqlıq” filmində ailəsinin faciəsindən bəhs olunan Mürvət Məmmədov deyib.