Li Eun Yonq: Biz Azərbaycan xalqını, xocalılıları yaxşı başa düşürük
26.02.2026 [20:04]
Xəbərin mətni
Koreya xalqının da tarixində oxşar faciəli hadisələr olub. Bizdə də müharibə nəticəsində ailə üzvlərini itirənlər var. Ona görə də biz Azərbaycan xalqını, Xocalıda doğmalarını itirənləri hər kəsdən daha yaxşı başa düşürük. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Cənubi Koreyadakı səfirliyi və DGIEA Koreya-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə Seulda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş simpoziumda iştirak edən keçmiş diplomat, Suvon şəhəri merinin baş müşaviri Li Eun Yonq deyib.