Xanabad kəndində 161 ev tam hazır vəziyyətə gətiriləcək
27.02.2026 [23:53]
Xəbərin mətni
“Xocalının Xanabad kəndində ilk köç fevral ayında reallaşıb və ilkin mərhələdə buraya 154 nəfərdən ibarət 38 ailə qayıdıb”. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.