Səhər saatlarında İrandan 89 nəfər təxliyə olunub
03.03.2026 [13:54]
Xəbərin mətni
İrandan təxliyə prosesi davam edir. Bu gün səhər saat 9-dan 13-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 89 əcnəbi vətəndaş İrandan təxliyə olunub. Təxliyə olunanlar arasında Çin (74 nəfər), Azərbaycan (6 nəfər), Slovakiya (6 nəfər) və digər ölkə vətəndaşları var.