Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təxliyə olunan azərbaycanlı: Sərhəddən keçidə icazə verildiyini televiziyadan öyrəndik

04.03.2026 [15:25]

Xəbərin mətni

Azərbaycan sərhədindən keçid imkanının yaradılması barədə məlumatı televiziya vasitəsilə əldə etdim. Həm İran, həm də Azərbaycan telekanallarını izləyib və sərhəddə xarici vətəndaşların buraxılması ilə bağlı məlumatları oradan öyrəndim. Bunu “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunan Azərbaycan vətəndaşı Əli İsmayılov bildirib.