Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qalib Əbdüləliyev: Körpə quzuların əzələ toxuması tam formalaşmadığından ətin qida keyfiyyəti aşağı olur

05.03.2026 [18:21]

Xəbərin mətni

Son dövrlər həm iqlim dəyişiklikləri, həm də geosiyasi vəziyyətlə əlaqədar bütün ölkələrdə ərzaq təchizatı məsələsi aktual mövzuya çevrilib. Azərbaycanda heyvandarlığın ənənəvi sahələrindən biri qoyunçuluq, digəri isə maldarlıqdır və bu sahələr üzrə zəngin təcrübəmiz var. Lakin son zamanlar narahatlıq doğuran məsələlərdən biri körpə heyvanların kəsilməsidir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.