Mixay Popşoi Azərbaycan şirkətlərini Moldovaya investisiya qoymağa çağırıb
06.03.2026 [14:41]
Xəbərin mətni
Gələcək illərdə məsləhətləşmələr daimi əsasda keçirilməli və beynəlxalq platformalarda bir-birimizi dəstəkləməliyik. İqtisadiyyat və enerji sahələrində əlaqələrimizi daha da gücləndirmək istəyirik. Bu fikirləri Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə söyləyib.