Mixay Popşoi: Naxçıvan Muxtar Respublikasına dron hücumlarını qəti şəkildə pisləyirik
06.03.2026 [14:44]
Xəbərin mətni
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və mülki insanların xəsarət alması ilə nəticələnən Naxçıvan Muxtar Respublikasına dron hücumlarını qəti şəkildə pisləyirik. Bu fikirləri Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə söyləyib.