Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

09.03.2026 [21:29]

Xəbərin mətni

Bakıda yas mərasimində iştirak etmək üçün martın 6-da Naxçıvan-Bakı reysi ilə uçuş edəcəkdim. Lakin məlum səbəblərə görə həmin reys təxirə salındı. Məcbur olub qardaş Türkiyənin İğdır hava limanı vasitəsilə Bakıya uçduq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı reysi bərpa olunduqdan sonra həmin reyslə Naxçıvana qayıdan ilk sərnişinlərdən olan Natəvan Hüseynova deyib.