Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı
09.03.2026 [21:32]
Xəbərin mətni
Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı. Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğana da təşəkkür edirik. O da bu məsələdə çox dəstək oldu. Hava yolu bağlananda ikinci yolumuz məhz Türkiyədən, İğdırdan oldu. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı aviareysi bərpa olunduqdan sonra həmin reyslə Naxçıvana qayıdan ilk sərnişinlərdən olan Lətif Mehdiyev deyib.