Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizar Ramadan: Romadakı iftar süfrəsi insanlığın yaşadığı çətin dövrdə xüsusilə vacibdir

10.03.2026 [13:13]

Xəbərin mətni

Romadakı iftar süfrəsinin nə qədər vacib tədbir olduğunu görürük. Bu, fərqli mədəniyyətlərin və dinlərin nümayəndələrinin bir-biri ilə əlaqə qurması baxımından çox önəmlidir. Bu iftar süfrəsi hazırda insanlığın yaşadığı çətin bir dövrdə xüsusilə əhəmiyyətlidir. Bu fikri Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi tərəfindən Romada təşkil olunan iftar mərasimində iştirak edən Beynəlxalq Media Kommunikasiya Klubunun (MICC) icraçı direktoru Nizar Ramadan AZƏRTAC-a müsahibəsində deyib.