Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kardinal: Romadakı iftar mərasimi daha məqbul dünya qurmaq istəyən insanları bir araya gətirib

10.03.2026 [13:33]

Xəbərin mətni

Dünyada çox narahatedici vəziyyətlər və hadisələr baş verir. Lakin, əlbəttə ki, indiki şəraitdə biz sülh insanları olmağa və hər yerdə sülh qurmağa çalışmağa çağırılırıq. Bu fikri Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşəbbüsü ilə martın 9-da Romada təşkil olunan iftar mərasimi zamanı jurnalistlərə müsahibəsində deyib.