Laçında məktəblilərin çərpələng sevinci
10.03.2026 [17:06]
Xəbərin mətni
İşğaldan azad olunduqdan sonra yenidən doğma sakinlərini bağrına basan Laçın şəhərində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə rəngarəng tədbir keçirilib. Şəhərin mənzərəli seyrəngah ərazisində toplaşan laçınlı məktəblilər göy üzünə rəngbərəng çərpələnglər uçuraraq unudulmaz anlar yaşayıblar.