Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalının Xanabad kəndinə növbəti köç olub

11.03.2026 [13:31]

Xəbərin mətni

Xocalı rayonunun Xanabad kəndinə növbəti köç olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 103 nəfərdən ibarət 21 ailə doğma yurduna qayıdıb.