Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cari ildə Çinin iqtisadi artımının 4,5-5 faiz səviyyəsində olacağı gözlənilir

13.03.2026 [11:45]

Xəbərin mətni

Pekində keçirilən “iki sessiya” zamanı 15-ci beşillik inkişaf planı beynəlxalq gündəmin əsas mövzusuna çevrilib. Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Çian hökumətin fəaliyyəti ilə bağlı hesabatında ölkənin 2026-cı il üçün əsas inkişaf hədəflərini açıqlayıb. Bu barədə martın 13-də keçirilən brifinqdə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey bildirib.