Livanda təxminən bir milyon insan evlərini tərk edib
14.03.2026 [14:57]
Xəbərin mətni
BMT-nin humanitar agentlikləri Livanda davam edən döyüşlər və sıx məskunlaşmış ərazilərə hücumlar nəticəsində insanların kütləvi şəkildə evlərini tərk etmələrinə səbəb olan məcburi köçkünlərin sayında kəskin artım qeydə alır. AZƏRTAC Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına istinadla xəbər verir ki, 822 mindən çox livanlı rəsmi olaraq məcburi köçkün kimi qeydiyyata alınıb. Təxminən 128 min insan 600 dövlət mərkəzində sığınacaq tapıb. Sığınacaqların çoxu həddindən artıq doludur.